Prezidentin nəvələri Qurban Qurbanovla

Prezident İlham Əliyevin nəvələri Mikayıl və Əli Ağalarovlar “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşüblər.

Allsport.az xəbər verir ki, Mikayıl Ağalarov bununla bağlı öz “instaqram” hesabında paylaşım edib.

O, “Bayer-04”lə Avropa liqasının bugünkü matçında Qurbanovun bütün Azərbaycanın dəstəyini hiss etməsini istəyib. Mikayıl Ağalarov 52 yaşlı mütəxəssisi əfsanə adlandırıb:

“Əziz Qurban Qurbanova böyük hörmətlə… Əsl əfsanə. Bu gün hansı komanda ilə oynamağımızın fərqi yoxdur. Biz Bakıda, Azərbaycanda oynayırıq. Biz istəyirik ki, bu insan bu axşam stadionda və ya televizor qarşısında olacaq hər birinizin dəstəyini hiss etsin. O, bu gün bizim öz evimizdə Avropa liqasının 1/8 final mərhələsinin oyununu keçirə bilməyimiz üçün çox iş görüb və çətin yol keçib. Bizim gözəl komandamız, oyunçularımız və heyətimiz var. Bunu yenidən təkrarlayaq! Tək sevgi – “Qarabağ” FK”.

Həmin kateqoriyadan