Prokuror Maşallah Əhmədova 9 il cəza istəyib

Bu gün dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə növbəti məhkəməsi olub. Allsport.az saytı xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ona törətdiyi əməllərə görə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclasında ünlü futbolçu son söz deyəcək, onun vəkili isə müdafiə çıxışı edəcək. Xatırladaq ki, o, Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib və sözünə əməl etməyib.

Maşallah Əhmədov 1977-ci ildən “Neftçi” klubunda oynayıb. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Həmin kateqoriyadan