Prokurorlar futbolçu Hermosonu öpdüyünə görə Rubialesə həbs cəzası istəyir

İspaniya milli məhkəməsinin prokurorluğu İspaniya kral futbol federasiyasının (RFEF) keçmiş prezidenti Luis Rubialesin futbolçu Cennifer Hermosonu öpşdüyünə görə 2,5 il yarım müddətinə azadlıqdan məhrum edilməsini tələb edir.

Allsport.az xəbər verir ki, ötən il Rubiales dünya çempionatının finalında qalib gəldikdən sonra medal mərasimi zamanı ispaniyalı futbolçunun razılığı olmadan onun dodaqlarından öpmüşdü.

RFEF-in keçmiş rəhbəri cinsi təcavüz və Hermosoya təzyiq göstərməkdə ittiham olunub. İttiham tərəfi İspaniyanın kişilərdən ibarət milli komandasının idman direktoru Albert Luque, qadınlardan ibarət yığmanın keçmiş baş məşqçisi Xorxe Vilda və klub rəhbərinin futbolçuya təzyiq göstərməsinə görə 1 il yarım həbs cəzası istəyir.

Həmin kateqoriyadan