- Baxış sayı: 87
- 21 Yanvar 2026 23:43
- Baxış sayı: 87
- Yanvar 21, 2026
- 0

Amsterdam məhkəməsi Niderland millisinin keçmiş futbolçusu Kvinsi Promes haqqında həbs qətimkan tədbiri seçib.
Allsport.az xəbər verir ki, Promesin apellyasiya müraciəti rədd edilib.
O, ən tez üç aydan sonra gözlənilən növbəti məhkəmə iclasına qədər həbsdə qalacaq. Məhkəmə Promesin qanundan yayınmaq üçün ölkədən qaçma ehtimalını əsas gətirib.
Promes narkotik qaçaqmalçılığı və əmisi oğluna silahlı hücuma görə 7,5 il həbs cəzasına məhkum edilib.