- Baxış sayı: 32
- 30 Mart 2026 21:25
- Baxış sayı: 141
- Mart 30, 2026
- 0

Avropa liqasının 1-ci təsnifat mərhələsində “Qəbələ”nin cavab oyununun hakimləri açıqlanıb. Allsport.az saytı xəbər verir ki, Lüksemburqda “Proqres”lə görüş Şimali İrlandiyadan olan hakimlərə tapşırıb.
İyulun 19-da baş tutacaq matçı Keyt Kennedi idarə edəcək. Yan xətt referiləri Stefen Donaldson və Kristian Fransis Hannadır. 4-cü hakim funksiyasını Evan Boys yerinə yetirəcək.
Matçın hakim-inspektoru serbiyalı Milan Karaciç, UEFA nümayəndəsi estoniyalı Oleq Harlamov olacaq. Komandamız ilk oyunda evdə 0:2 hesabı yenilib.