Prosineçki: “Birinci hissədə göstərdiyimiz oyun indiyəqədərki ən yaxşı oyunumuz idi”

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Moldova millisinə qarşı Bakıda keçirilmiş oyunu şərh edib. Allsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 2:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:

“Birinci hissədə göstərdiyimiz oyun indiyəqədərki ən yaxşı oyunumuz idi. Doğrudur, fasiləyə az qalmış qapımızdan qol buraxdıq. Amma çox razı qaldım. Milli bu gün ümumi 90 dəqiqə ərzində yaxşı oyun göstərdi.

Müxtəlif səbəblərdən Rəşad Sadıqov, Ruslan Abışov, Dmitri Nazarov, Eddi İsrafilov və Araz Abdullayev kimi əsas futbolçularımız bu gün bizə kömək edə bilmədilər.

Əvəzində çoxlu sayda gənc oyunçuya şans verdim və onların da çıxışından razı qaldım. İnanırıq ki, növbəti seçmə mərhələdə Azərbaycana gələcək komandaları çətin oyun gözləyəcək”.

Həmin kateqoriyadan