- Baxış sayı: 42
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 42
- Dekabr 05, 2025
- 0

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçirilmiş səfər oyununu şərh edib. Allsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 0:2 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Azərbaycan millisində çalışdığım dövr ərzində ən pis oyunumuzu oynadıq. Rəqib çox istəkli idi. Səhvlərimizi təhlil edib üzərində işləyəcəyik. Bir neçə gün öncə İtaliya millisi ilə çətin oyun keçirmişdik. Bir qədər yorğunluq var idi. İkinci hissənin əvvəllərində üstün oynadıq, ancaq rəqib ikinci qolu vurduqdan sonra komanda həvəsdən düşdü”.