Prosineçki: “Danışıqlar alınsa, Azәrbaycanda yasayacağam”

“Mәni ölkənizdə yaxşı qarşıladılar. Oyuna da baxdım. Zövq aldım. Digәr mәsәlәlәri dә danışacağıq”. Allsport.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin baş məşqçisi postuna əsas namizəd olan Robert Prosineçki deyib.

AFFA ilə danışıqlar üçün ölkəmizə gələn və bu gün Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçını (2:2) izləyən xorvatiyalı mütəxəssis oyun haqda danışıb: “İlk yarıdan çox razı qaldım. İkinci hissәdәn isə tam yox. Belә derbi oyunda 4 qırmızı vərəqə görmәmişdim. Millinin bas məşqçisi olmağım isə hələ bilnmir. Bir neçә gün Azərbaycanda olacam. Danışıqların necə nəticələnəcəyi sonra müəyyənləşəcək. Şərtlər barədə isə danışmaq fikrim yoxdur”.

Prosineçki bildirib ki, danışıqlar müsbət yekunlaşarsa, Azərbaycanda yaşayacaq: “Danışıqlar alınsa, Azәrbaycanda yasayacağam. Sabah aşağı yaş qruplarından ibarət komandaların oyunlarını izləyəcəm. Mən səbəbsiz yerə müqaviləni pozmuram. “Kayserispor”la aramızda problem vardı. Azərbaycanda isə belə olmayacaq. “Qarabağ”ın “Sent Etyen”lə oyununu izləmək üçün Fransaya gedəcəyəm”.

O, daha sonra yığmamızın Xorvatiyaya 0:6 hesabı ilə uduzduğu görüşdən də danışıb: “Komandanız həmin görüşdə yaxşı oynamadı. Xorvatiya yığması qapınıza vurduğu bütün zərbələr qol oldu. Yığmanız İtaliya və Bolqarıstana qarşı da yaxşı çıxış edə bilməmişdi. Komandada potensial var, inanıram ki, bundan sonra yaxşı olacaq”.

Prosineçki əzəli rəqiblərin görüşündə bəzi futbolçuları bəyəndiyini söyləyib: “1-2 gün də gözləyin, bundan sonra bilinəcək ki, yığmanın baş məşqçisi olacam, yoxsa yox. AFFA prezidenti Rövnəq Abdullayevlə bəzi məsələlər haqda danışmışıq. Futbolçuların aqressiv çıxışı xoşuma gəldi. Eləcə də, bəzi futbolçuları bəyəndim. Amma təbii ki, belə intizamsız oyun məni narahat etməyə bilməz. Qırmızı vərəqələr oyuna təsir etdi”.

Həmin kateqoriyadan