Prosineçki “Trabzonspor” yolunda

Baş məşqçi axtarışını davam etdirən “Trabzonspor” “Kayserispor”la müqaviləsi başa çatan Robert Prosineçki ilə danışıq aparır. Allsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Qara dəniz təmsilçisindən illik 1 milyon avro maaş istəyib.

“Bordo-mavilər” 51 yaşlı mütəxəssisə bu maaşı ödəməyə hazırdır. Trabzon təmsilçisinin baş məşqçi postuna digər namizəd isə Abdullah Ovçudur. Türkiyəli mütəxəssisin maaş tələbi xorvatiyalı ilə müqayisədə daha çoxdur. Lakin klub daxilində yekun qərar verilməyib.

Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.

Həmin kateqoriyadan