- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Roberto Bordin premyer liqanın 14-cü turunda “Sumqayıt” klubu ilə matçdan sonra mətbuat konfransında fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, oyundan razı qalmadığını deyən italiyalı mütəxəssis, xal itkisinə görə təəssüfləndiyini bildirib:
“Çox da yaxşı oynamadıq. Psixoloji baxımdan bu matçı düzgün keçirə bilmədik. Bu dəfə ənənəvi hücumlar qurmağı bacarmadıq. Böyük risklər etmədik. Yalnız sona yaxın riskə gedib, qol vurmağa çalışdıq. Boş zonalar tapmağa çətinlik çəkirdik, tapanda isə fürsətdən istifadə edə bilmirdik.
Baqali Dabonun mövqeyində Namik Ələskərov oynadı, pis çıxış etmədi. Sadəcə, bu gün bizim günümüz deyildi. Hələ ki 1-ci yerdəyik. Əlbəttə, qalib gəlmək istəyirdik, amma təəssüf ki, alınmadı”.