- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
Premyer liqanın 19-cu turunda “Şamaxı”ya uduzan (1:2) “Səbail”in baş məşqçisi Şahin Diniyev fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, 57 yaşlı mütəxəssis yenilgini şərh edib:
“İlk yarıda hesabda önə keçsək də, fasilədən sonra hər şey dəyişdi. Sol cinah müdafiəçimiz sıradan çıxdı. Turan Manafovun olmaması üzündən rotasiya edə bilmədik. İkinci hissənin startında komanda sanki sıxıldı, özünəinamı itirdi. Oyunçularımız çox çalışsalar da, alınmadı. Ruhdan düşmək olmaz, irəliyə baxmaq lazımdır. Problemləri aradan qaldırıb, yolumuza davam edəcəyik. Ümid edirəm ki, getdikcə daha yaxşı oynayacağıq. Zamana ehtiyac var. Düşünürəm ki, ilk 2-3 turdan sonra hər şey öz axarı ilə gedəcək. Psixoloji planda problemlərimiz var. Sonuncu pillədə olmağımız təzyiq yaradır”.