- Baxış sayı: 1
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
PSJ çempionlar liqasında “Barselona”nı məğlub edərək yarımfinala yüksəlib.
Allsport.az xəbər verir ki, Kataloniya meydanında baş tutan cavab oyununda parislilər 4:1 hesabı ilə qalib gəlib. Fransada keçirilən ilk oyun “mavi-qranatlar”ın xeyrinə başa çatıb – 3:2.
PSJ pley-offun ilk oyununda evdə “Barselona”ya uduzduqdan sonra səfərdə geridönüş edən və növbəti mərhələyə yüksələn 3-cü komanda olub.
Əvvəllər bunu yalnız “Köln” 1980-ci ildə UEFA kubokunun 1/16 finalında (evdə 0:1, səfərdə 4:0) və 1984-cü ildə kuboklar kubokunun 1/16 finalında “Metz” bacarmışdı. 2:4, 4:1).