- Baxış sayı: 35
- 29 Mart 2026 14:51
- Baxış sayı: 94
- Mart 29, 2026
- 0

“Benfika”nın hücumçusu Qonsalo Ramos PSJ-yə keçir.
Allsport.az saytı xəbər verir ki, 22 yaşlı portuqaliyalı futbolçu artıq Parisə gedib. O, bu gün tibbi müayinədən keçdikdən sonra Paris təmsilçisi ilə müqavilə imzalayacaq.
Transfer üçün PSJ-nin “Benfika”ya 80 milyon avro ödəyəcəyi bildirilib.
Ramos ötən mövsüm bütün turnirlərdə 47 matçda 27 qol vurub və 12 məhsuldar ötürmə edib.