- Baxış sayı: 42
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 42
- Dekabr 05, 2025
- 0

PSJ ötən mövsüm vasitəçilərə ən çox ödənişi edərək rekorda imza atıb.
Allsport.az xəbər verir ki, paytaxt komandası 2021-ci ilin 1 iyulundan 2022-ci ilin 30 iyununa kimi menecerlərə 39,44 milyon avro xərcləyib. Müqayisə üçün “Marsel” və “Monako”nun xərcləri müvafiq olaraq 10 milyon və 9,2 milyon olub.
Bu, PSJ üçün rekord məbləğdir. 2017/18 mövsümündə komissiyalara 23,2 milyon, ondan sonra 25,8 milyon, 26,9 milyon və 28,45 milyon vəsait xərclənib.
Eyni zamanda, 181 milyon avro futbolçu transferi ilə bağlı birbaşa olaraq digər klublara gedib.