PSJ maliyyə feyr-pleyinə görə Messi və Ramos ilə danışıqları dayandırıb

PSJ hücumçusu Lionel Messi və müdafiəçisi Serxio Ramosun müqavilələrini uzatmaq məqsədi ilə danışıqları bərpa etmək üçün mövsümün sonuna qədər gözləyəcək.

Allsport.az xəbər verir ki, klubda MLS və Yaxın Şərq klublarının maraqlandığı Messini saxlamaq planlarından dəfələrlə danışılıb. Ramosun Parisdəki gələcəyi daha az müəyyən görünür. Milan Şkrinyarın gəlişi bu yay müdafiənin mərkəzində rəqabəti artıracaq. Lakin ümumilikdə maliyyə feyr-pley (FFP) qaydalarına sığmayan Fransa nəhənginə qarşı yeni sanksiyalar təhlükəsi səbəbindən vəziyyət daha da mürəkkəbləşib.

Klub bu yaxınlarda illik 400 milyon avro itki verib və yaxın həftələrdə maaş xərclərini azaltmağa çalışacaq. Buna görə Messi və Ramo yeni iqtisadi siyasətin qurbanı ola bilərlər. Onlarla danışıqlar qeyri-rəsmi şəkildə davam edir, lakin yeni müqavilələr yalnız tərkibin və maliyyənin restrukturizasiyası ilə bağlı kardinal qərarlar qəbul edildikdən sonra imzalana bilər.

Əvvəllər Fransa mətbuatı PSJ-nin FFP-yə əməl etmək üçün 5 oyunçudan yaxa qurtarmaq niyyətində olduğu barədə artıq məlumat vermişdi.

Həmin kateqoriyadan