PSJ-nin mərakeşli ulduzu təcavüzə görə həbs olunub

Liqa-1 klubu “Paris Sen Jermen”də çıxış edən Əşrəf Hakimi, Fransa mətbuatının gündəminə düşüb. Allsport.az saytı xəbər verir ki, Mərakeş millisinin sağ cinah müdafiəçisi zorlama ittihamı ilə üzləşib. 24 yaşlı qadın 26 fevralda Nogent sur Marne polis bölməsinə gedərək, ulduz futbolçu tərəfindən təcavüzə uğradığını bildirib. Gənc qadın şikayət etmək istəmədiyini, sadəcə, zorlama ifadəsi vermək istədiyini bildirib.

İddia olunur ki, fevralın 25-nə keçən gecə gənc qadın Hakiminin Bulondakı evinə gedib. Qadının müqavimət göstərməsinə baxmayaraq, Əşrəf onu öpüb və zorlayıb. Qadın futbolçunu ayağı ilə itələyərək qaçıb. Bütün bu inkişaflardan sonra, ona qarşı zorlama ittihamı ilə istintaq başladılıb və futbolçu polis tərəfindən həbs edilib.

Onun vəkil Fanni Kolin ittihamları rədd edib: “Bir neçə saatlıq araşdırmadan sonra qadın şikayətindən ivaz keçib. İddiaçı həm də tibbi və psixoloji testlərdən keçməkdən və Əşrəf Həkimi ilə üz-üzə gəlməkdən imtina edib. Ədliyyə polisinin əlində olan sənədlər bu işdə Həkiminin təhdid cəhdinin hədəfi olduğunu göstərir”.

Həmin kateqoriyadan