PSJ-nin yarımmüdafiəçisi Soler “Atletiko”ya keçə bilər

“Atletiko” ispaniyalı yarımmüdafiəçi Karlos Solerni icarəyə götürmək niyyətindədir.

Allsport.az xəbər verir ki, tezliklə İspaniya klubunun baş məşqçisi Diequ Simyone və klubun prezidenti Enrike Çerezo qarşıdakı transfer pəncərəsi ilə bağlı planları müzakirə etməyə başlayacaq. Madrid komandası bir neçə mövqeni məqsədəuyğun möhkəmləndirmək niyyətindədir. Bunun üçün də Solerinini transfer etmək istəyirlər.

Soler bütün yarışlarda PSJ üçün 34 dəfə meydana çıxıb. O, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

Yarımmüdafiəçinin Paris klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər davam edir.

Həmin kateqoriyadan