- Baxış sayı: 33
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

MOİK komandadan Miraləm Pyaniç və Rüfət Cəmaləddinovun ayrıldığını rəsmən elan edib.
Allsport.az xəbər verir ki, Moskva təmsilçisi bu barədə rəsmi saytına məlumat yayıb.
“Miraləm Pyaniç və Rüfət Cəmaleddinov MOİK-dən ayrılır.
Qırmızı-göylərin bir hissəsi olaraq ötən mövsüm üçün Mira və Rüfətə təşəkkür edirik.
Pyaniç komandamızın heyətində 25 oyun keçirib, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Cəmaləddinov isə 29 oyunda 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub.
Rusiya kubokunu və Rusiya çempionatının bürünc medallarını qazanaraq qələbələrimizə verdiyiniz böyük töhfəyə görə sizə təşəkkür edirik!” – deyə bildirilir.