- Baxış sayı: 35
- 29 Mart 2026 12:01
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0
Bu gün Avropa Liqasının 2-ci təsnifatının cavab oyunları keçirilir. Allsport.az saytı xəbər verir ki, Azərbaycan təmsilçisi “Qəbələ” Bakıda Macarıstan MTK-sı ilə qarşılaşıb.
Səfərdə 2:1 hesabı ilə qalib gələn Roman Qriqorçukun komandası, evdə də rəqibini məyus edərək, mərhələ adlayıb (2:0). Bizdən qolları Sergey Zenyov (7) və Teo Uiks (37 dəq) vurublar.
Qeyd edək ki, “Qəbələ” 3-cü mərhələdə Fransanın “Lill” klubu ilə qarşılaşacaq.