- Baxış sayı: 14
- 28 Noyabr 2024 10:42
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Azərbaycan premyer liqasında XI tura yekun vurulub.
Allsport.az xəbər verir ki, turun son oyununda “Qəbələ” “Sumqayıt”ı qəbul edib. Qəbələ şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hər 3 qol 2-ci hissədə vurulub. 65-ci dəqiqədə Ülvi İsgəndərov “qırmızı-qaralar”ı önə keçirib. Cəmi 2 dəqiqə sonra Rafael Utziq qonaqları növbəti dəfə cəzalandırıb. 80-ci dəqiqədə “gənclik şəhəri” təmsilçisinin müdafiəçisi Höccət Haqverdi buraxılan qollardan birinin əvəzini çıxıb. Lakin bundan 4 dəqiqə sonra “Sumqayıt” azlıqda qalıb. Komandanın kapitanı Vurğun Hüseynov rəqibin hücumunun qarşısını kobudluqla aldığı üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Beləliklə, “Qəbələ” bu qalibiyyət sayəsində xallarını 21-ə çatdıraraq 2-ci pilləyə yüksəlib. 11 xalı olan “Sumqayıt” isə 6-cı sırada qalıb.
Turun əvvəlki 3 oyununda “Qarabağ” “Keşlə”yə 1:0, “Zirə” “Səbail”ə 3:1, “Sabah” isə “Neftçi”yə 2:1 hesabı ilə qalib gəlib.