- Baxış sayı: 32
- 30 Mart 2026 21:25
- Baxış sayı: 141
- Mart 30, 2026
- 0

“Qəbələ” yeni mövsümə hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, 3 gün öncə Bakıda bir araya gələn “qırmızı-qaralar” paytaxtdakı hazırlığın 3-cü gününü başa vurub. Komanda günü iki məşqlə yekunlaşdırıb.
Sənan Qurbanovun komandası avqustda start götürəcək Topaz premyer liqasının ilk turuna qədər 2 yoxlama oyununda qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” iyulun 31-də əvəzedici komanda ilə üz-üzə gələcək.
2-ci sınaq matçı avqustun 4-də baş tutacaq. Komandanın ikinci rəqibinin adı yaxın günlərdə dəqiqləşəcək.