“Qəbələ” 3-cü yer üçün

Tiflis şəhərində keçirilən “Dinamo cup” beynəlxalq turniri davam edir. Allsport.az xəbər verir ki,  “Qəbələ”nin U-16 komandası dünən daha 2 oyun keçirib.

Litvanın “Ateitis” klubu üzərində böyükhesablı qələbə qeydə alınıb – 4:1. 2-ci görüşdə meydan sahibi “Dinamo”ya uduzan (0:3) Sərdar Qafarovun komandası ilkin mərhələdə 3 xalla 3-cü yeri tutub. İlk 2 pillədə olan “Dinamo” (9 xal) və “Riqa” (4 xal) final, “Qəbələ” ilə “Ateitis” (1 xal) 3-cü  yer uğrunda oyuna çıxacaqlar.

Əlavə edək ki, “Qəbələ” yarışın ilk günündə “Riqa” (Latviya) klubuna 2:3 hesabı ilə məğlub olub. 

Yarış 2006-cı il təvəllüdlü futbolçular arasında keçirilsə də, reqlamentə əsasən, hər komanda avqustdan sonra doğulmuş 3 2005-ci il təvəllüdlü futbolçunu heyətinə qata bilər. “Qəbələ”də 2 belə futbolçu var.

Həmin kateqoriyadan