“Qəbələ” Cavid Hüseynova sahib çıxa bilmir – futbolçunun həbs müddəti 2 ay uzadılıb

Jurnalist Rasim Əliyevin ölümündə şübhəli bilinərək barəsində 3 aylıq həbs qətimkan qərarı verilən Cavid Hüseynovun həbs müddətinin daha 1 ay uzadılıb. Allsport.az saytı xəbər verir ki, bu məlumatı “Qəbələ”nin futbolçunun vəkili Adəm Məmmədov yaymışdı.

Komanda.az-a görə, vəkil mətbuata səhv məlumat ötürüb. Daha doğrusu, Adəm Məmmədov müdafiə etdiyi şəxs barədə çıxarılan qərardan tam xəbərsiz olub. Məhkəmənin qərarı ilə Hüseynovun həbs müddəti 1 deyil, 2 ay uzadılıb. Adəm Məmmədov “Futbol+” qəzetinə verdiyi açıqlamada futbolçunun həbs müddətinin 2 ay uzadıldığını təsdiqləyib və bundan xəbərsiz olduğunu da etiraf edib:

“Ötən dəfə sizə bildirmişdim ki, prokurorluq Cavidin həbs müddətinin iki ay uzadılması ilə bağlı məhkəməyə təqdimat göndərib. Onu da qeyd etmişdim ki, Rauf Əhmədovun sədrliyi ilə baş tutan iclasda təqdimat qismən təmin olunub, hüquqlarını müdafiə etdiyim şəxsin həbs müddəti bir ay uzadılıb. Lakin sonradan məlum olub ki, həbs müddəti 1 yox, 2 ay uzadılıb. İndi bu haqda geniş danışmaq istəmirəm. Yaxın günlərdə məsələ ilə bağlı geniş açıqlama verəcəm”.

 

Həmin kateqoriyadan