“Qəbələ” ev oyununa “Bakı”nın bazasında hazırlaşır

“Qəbələ” Topaz premyer liqasının 3-cü turunun hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, avqustun 19-da keçirilən “Neftçi” ilə 2-ci turun qarşılaşmasından (1:2) sonra məşqlərə ara verməyən “qırmızı-qaralar” hazırlıqlarını Bakıda gerçəkləşdirir.

Oyunun ertəsi gün matçın iştirakçıları bərpa xarakterli məşqlə kifayətlənibsə, digər oyunçular toplu çalışmaları yerinə yetirib. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi ilə keçirilən bugünkü hazırlıq prosesi yüngül qaçışla başlayıb.

“Bakı”nın təlim-məşq bazasında baş tutan məşq prosesində fiziki təmrinləri yerinə yetirən futbolçular ardınca toplu hərəkətləri icra edib.

“Qəbələ” – “Sumqayıt” oyunu avqustun 25-də baş tutacaq. Qəbələ şəhər stadionundakı matç saat 18:00-da başlayacaq.

Həmin kateqoriyadan