- Baxış sayı: 34
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 102
- Fevral 06, 2026
- 0

Allsport.az xəbər verir ki, Azərbaycan kubokunun yarımfinalında “ASCO Arena”da “Səbail” – “Qəbələ” cavab oyunu keçirilib. Matçda qonaqlar 1:0 hesabı ilə qalib gəliblər.
49-cu dəqiqədə İsnik Alimi penaltidən fərqlənib.
“Səbail”dən 57-ci dəqiqədə Vüqar Həsənov, 90+2-ci dəqiqədə Qustavo Fransa, 90+4-cü dəqiqədə isə Adil Nağıyev qırmızı vərəqə alıblar.
İlk görüşdə də “Qəbələ” üstün olmuşdu – 3:2. Ümumi nəticədə əyalət təmsilçisi 4:2 hesablı qələbə qazanaraq finala vəsiqə əldə ediblər.
Onlar həlledici matçda “Neftçi” ilə qarşılaşacaqlar.
Final iyunun 3-də “Bakcell Arena”da olacaq.