- Baxış sayı: 28
- 26 Noyabr 2024 20:23
- Baxış sayı: 50
- Noyabr 26, 2024
- 0
“Qəbələ” klubu qış fasiləsində ilk transferini gerçəkləşdirib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan millisinin futbolçusu Araz Abdullayevlə 2 illik anlaşıb. 24 yaşlı yarımmüdafiəçi “Neftçi”nin yetirməsidir.
O, məhz 2008-2011 və 2012-2016-cı illərdə “ağ-qaralar”ın formasını geyinib. 2011-2012-ci illərdə müqavilə ilə İngiltərə “Everton”una məxsus olan yarımmüdafiəçi icarə əsasında 2012-ci ilin ilk yarısında Yunanıstanın “Panionios” klubunda legionçu həyatı yaşayıb.
Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış Araz, ölkəmizin əsas millisində 2008-ci ildə debüt edib. O, burada 20 oyun keçirib. Buna qədər “Qəbələ” bayraqdardan hücumçu Ruslan Qurbanovu heyətinə qatmışdı.