- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bu gün Avropa Liqasının 3-cü təsnifatının ilk oyunları başlayıb. Allsport.az saytı xəbər verir ki, ölkəmizin bu yarışda yeganə təmsilçisi “Qəbələ” Fransada yerli “Lill” klubunun qonağı olub. Əvvəlki mərhələlərdə Gürcüstanın “Samtredia” və Macarıstanın MTK klublarını mübarizədən kənarlaşdıran Roman Qriqorçukun komandası meydan sahiblərinə də qalib gəlməyə yaxın idi.
Amma 2-ci hissənin əvvvəlində Rayan Mendeş hesabı bərabərləşdirib. Buna rəğmən, “qırmızı-qaralar” səfərdən sərfəli nəticə ilə dönür. Avqustun 4-də Bakıda keçiriləcək cavab görüşündə Avroliqanın pley-offuna vəsiqə qazanan klubun adına aydınlıq gələcək. Yeri gəlmişkən, bizdən qolu 13-cü dəqiqədə Vitali Vernidub vurub.