- Baxış sayı: 5
- 27 Noyabr 2024 10:32
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
Premyer liqanın 7-ci turunun “Kəpəz”lə oyunundan (0:2) sonra istirahətə buraxılan “Qəbələ” məşqlərini bərpa edib. Allsport.az saytı xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlığa Bakıda start verən “qırmızı-qaralar” günü 2 çalışma ilə yekunlaşdırıb.
Səhər məşqində fiziki hazırlıq keçən komanda axşam toplu çalışmalara üstünlük verib. Yığmanın düşərgələrində olan futbolçular, həmçinin zədəli Filip Ozobiç məşqlərdə iştirak etməyib. Əvəzedici heyətin 6 oyunçusu əsas komandanın hazırlığına cəlb olunub. Bir neçə müddətdi Roman Qriqorçukun rəhbərliyi ilə məşq keçən Ülvi İsgəndərovla yanaşı, Ülvi İbazadə, Tural Məmmərzayev, Rövlan Muradov, Amin Seydiyev və Hacıağa Hacılı da paytaxt hazırlığına qoşulub.
Xatırladaq ki, “Qəbələ” oktyabrın 7-də “Neftçi” ilə yoxlama oyunu keçirəcək. İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutacaq görüş saat 16:00-da başlayacaq.