“Qəbələ” hücumçusunu qaytardı

2023/24 mövsümünün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” qış transfer dövründə ilk futbolçu keçidini gerçəkləşdirib.

Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” Mozambik millisinin üzvü Klesio Bauku heyətinə qatıb.

29 yaşlı hücumçu ilə 2,5 illik müqavilə imzalanacaq.

Mozambikli vinger 2019/20 mövsümündə də “Qəbələ”nin formasını geyinib. Bauk “qırmızı-qara” forma ilə 22 oyunda 3 qol vurub. O, premyer liqada 18, Azərbaycan kubokunda 2 (3 qol), avrokuboklarda 2 matçda meydana çıxıb.

Futbolçu karyerasına “Ferroviariu” klubunda başlayan Klesio “Benfika” (2012-13), “Benfika B” (2013-16), “Harrisburq Siti” (2014), “Panetolikos” (2016-18), “İstanbulspor” (2018-19), “Zirə” (2020-21), “Maritimo” (2021-23), “Maritimo B” (2021) və “Honka” (2023) klublarının şərəfini qoruyub. Hücumçu 2011-ci ildən Mozambik yığmasının şərəfini qoruyur. Bauk millidəki 46 oyunda 7 qol vurub.

Həmin kateqoriyadan