- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bu gün Avropa liqasında yeni mövsümünün 1-ci və 2-ci təsnifat mərhələsinin püşkü atıllb. Allsport.az saytı xəbər verir ki, İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil qərargahında baş tutan tədbirdə “Zirə”, “İnter” və “Qəbələ”nin də rəqibləri müəyyənləşib.
Mübarizəyə 1-ci təsnifat mərhələsindən start verəcək “İnter” Serbiyanın “Mladost” komandası ilə görüşəcək. İlk oyun səfərdə baş tutacaq. Eyni mərhələdən mübarizəyə qoşulacaq “Zirə” isə Lüksemburq “Differdanj”ı ilə düşüb. Zirəlilər ilk oyunu evdə keçirəcək.
Sonra 2-ci ələmənin püşkü atılıb. “Mladost” – “İnter” cütünün qalibi “Fola” (Lüksemburq) – “Milsami” (Moldova) qarşıdurmasının güclüsü ilə görüşəcək.
“Zirə” – “Differdanj”ın cütünün qalibinin rəqibi isə “Astra” (Rumıniya) olacaq. Yarışa birbaşa 2-ci təsnifatdan başlayacaq “Qəbələ” “Yagelloniya” (Polşa) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi ilə rəqib olub.