- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
“Qəbələ” Topaz Premyer Liqasının 20-ci turunun “İnter”lə oyununun hazırlıqlarına başlayıb. Allsport.az xəbər verir ki, 19-cu turun yanvarın 30-da keçirilən “Kəpəz”lə səfər qarşılaşmasından (0:3) sonra iki günlük istirahətə buraxılan “qırmızı-qaralar” ötən gün Qəbələ şəhər stadionunda hazırlıq keçib.
Məşq prosesi iki hissədən ibarət olub. Roman Qriqorçukun yetirmələri əvvəl fiziki hazırlıq keçib, ardınca toplu çalışmalarla məşq edib. Zədədən sonra hazırlıqlara qatılan Ruslan Abışov fərdi məşqlə kifayətlənib. “Qəbələ” növbəti məşqini bu gün keçirəcək. Hazırlıq prosesi günün birinci yarısında baş tutacaq.
Xatırladaq ki, “İnter” – “Qəbələ” oyunu fevralın 7-də keçiriləcək. “İnter Arena”da baş tutacaq qarşılaşma saat 17:30-da start götürəcək.