- Baxış sayı: 156
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 156
- Dekabr 05, 2025
- 0

Yeni mövsümü üçün heyətini gücləndirməkdə davam edən “Qəbələ” növbəti transfer gerçəkləşdirib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” Surinam əsilli hollandiyalı Dion Maloneni də heyətinə qatıb. Onunla 2-illik müqavilə imzalanıb.
“Omnivorld” klubunun yeniyetmə komandalarında çıxış edən müdafiəçi, peşəkar karyerasına 2008-ci ildə başlayıb. O, 2012-ci ilədək bu klubun əsas komandasında çıxış edib. 2010-cu ilədək “Omnivorld” adlanan klub sonradan adını dəyişərək “Almere Siti”yə çevrilib. Dion 2012-ci ildə digər Niderland klubu “Den Haaq”a keçib və 5 mövsüm bu klubun uğurları üçün çalışıb.