“Qəbələ” Odessa toplanışını davam etdirir

Ukraynada təlim-məşq toplanışında olan “Qəbələ” hazırlıqlarını davam etdirir. Allsport.az xəbər verir ki, sentyabrın 1-dən Odessada hazırlaşan “qırmızı-qaralar” gündə 1 dəfə məşq edir.

Komanda fiziki hazırlıqla başlayan məşqləri toplu çalışmalarla başa vurur. Roman Qriqorçukun yetirmələri hazırlıqları milli komandaların üzvləri olmadan keçir. Komandanın son transferlərindən Vaqif Cavadovla Fakundo Pereyra da məşqlərdə iştirak edir. Bundan başqa “Qəbələ”nin əvəzedici heyətinin üzvü Sahil Mrizəyev də əsas komandanın düşərgəsində hazırlıq keçir.

Xatırladaq ki, 6 günlük təlim-məşq toplanışı üçün Ukraynaya yollanan “Qəbələ” sentyabrın 6-da Odessanın “Çernomorets” klubu ilə yoxlama oyununda qüvvəsini sınayacaq.

Həmin kateqoriyadan