- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
“Qəbələ” Azərbaycan çempionatlarında 200-cü səfər qolunu buraxıb. Allsport.az saytı xəbər verir ki, premyer liqasının 22-ci turunun “Neftçi” ilə matçında meydan sahiblərinə 1:0 hesablı qələbə qazandıran top “qırmızı-qaralar” üçün mənfi mənada yubiley xarakteri daşıyıb. Namiq Ələsgərovun bu qolunadək “Qəbələ” rəqib meydanlarında 199 top buraxmışdı. Bu, səfərdəki 164-cü matça təsadüf edib. “Qəbələ” orta hesabla hər oyunda 1,22 topa üzülüb.
“Neftçi” ilə görüşdə buraxılan qolla Roman Qriqorçukun komandası məğlubiyyətsiz oyunlar seriyası qırılıb. 2017-ci ildə ilk dəfə uduzan əyalət təmsilçisi sonuncu dəfə 13-cü turda xalsız qalmışdı. Ötən il noyabrın 29-da keçirilən “Qarabağ”la səfər oyununda 1:2 hesabı ilə yenilən qəbələlilər 105 gündən sonra meydanı məğlub tərk edib. Bu müddətdə komanda 5 qələbə qazanıb və 3 heç-heçə edib.