“Qəbələ” paytaxtda hazırlaşır, 2 yoxlama oyunu keçirəcək

Premyer liqanın 11-ci turunun noyabrın 4-də keçirilən “Səbail”lə oyunundan (3:1) sonra futbolçularına üçgünlük istirahət verən “Qəbələ” növbəti hazırlığa başlayıb. Allsport.az saytı xəbər verir ki, bu gün “qırmızı-qaralar” Bakıda bir araya gələrək məşqə start veriblər.

Çalışmanı paytaxtda gerçəkləşdirən komanda üzvləri öncə fiziki hazırlıq keçib, ardınca toplu çalışmalar yerinə yetirib. Hazırlıq prosesində zədəli Rasim Ramaldanovla Stiven Monroz iştirak etməyib. Bir müddət hazırlıqlardan kənar qalan Filip Ozobiç də məşqlərə start verib. O, fərdi hazırlıqla kifayətlənib.

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə iki yoxlama oyununda qüvvəsini sınayacaq. “Qəbələ” noyabrın 11-də “Zirə”, 12-də “Səbail”lə görüşəcək.

Həmin kateqoriyadan