- Baxış sayı: 29
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 99
- Noyabr 25, 2024
- 0
Avroliqada 2 iştirakçımızdan biri olan “Qəbələ” klubu, bu gün ölkə çempionatının 13-cü turunda səfərdə Sumqayıtın eyni adlı komandası ilə görüşəcək. Allsport.az saytı xəbər verir ki, son 4 turda qələbə üzünə həsrət qalan «qara-qırmızılar» autsayderə psixoloji güc gəlmək üçün, onu qeyri-adi üsulla üstələmək niyyətindədir. Bu məqsədlə, “Qəbələ” İK-in rəsmi qəzeti facebook-da ““Qəbələ” Sumqayıta kabus rolunda gedir” sərlövhəli məqalə ilə çıxış edib.
Yazının ilk abzası belədir: ““Qəbələ” Topaz Premyer Liqasının XIII turu çərçivəsində Sumqayıta səfər edəcək. Komandamız noyabrın 21-də, saat 17:00-da “Kapital Bank Arena”da Sumqayıtın eyniadlı klubunun qonağı olacaq. Tərəflərin hazırkı durumu, qarşılarına qoyduqları məqsədlər tam fərqlidir. Avroliqanın qrup mərhələsində də mübarizə aparan “Qəbələ” ölkə çempionatında qızıl medallar uğrunda yarışır. Bundan fərqli olaraq, sumqayıtlılar həmişə olduğu kimi bu mövsümdə də Premyer Liqada qalmaq, ən yaxşı halda isə turnir cədvəlinin orta pillələrində qərarlaşmaq üçün güclərini səfərbər ediblər”.
Maraqlıdır, “Qəbələ” sözü gedən rəqibini üstələmək istəyir, lap yaxşı. Daha niyə əgcaib, orta əsrlərdən qalan cahil üsullara əl atır? Olmazmı ki, Roman Qriqorçukun komandası Sumqayıta kabus rolunda deyil, normal qaydada getsin? Bu «cadu-piti oyununun» nə ilə nəticələnəcəyini, inşallah, təqribən saat 19:00-da biləcəyik.