“Qəbələ” Roman Qriqorçuk ilə müqavilə yenilədi

“Qəbələ” baş məşqçisi Roman Qriqorçukla müqavilə müddətini uzadıb. Allsport.az xəbər verir ki, ukraynalı mütəxəssislə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.

Əvvəlki müqaviləsi 2015-2016-cı illər mövsümünün sonunda başa çatan 50 yaşlı çalışdırıcı daha bir il “qırmızı-qaralar”a rəhbərlik edəcək. Onunla yeni anlaşma 2017-ci ilin iyun ayında, 2016-2017 mövsümünün sonunda başa çatacaq.

Xatırladaq ki, “Qəbələ” 2015-ci ilin əvvəlindən komandanın baş məşqçisi olan Qriqorçukun rəhbərliyi altında 2014/15 mövsümündə Premyer Liqasının bürünc mükafatını qazanıb, 2015/16 mövsümümdə UEFA Avropa Liqasında qrup mərhələsinədək irəliləyib.

Həmin kateqoriyadan