- Baxış sayı: 77
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Qəbələ” klubu Vüqar Nadirovun ardından daha bir futbolçunu rənglərinə bağlayıb. Allsport.az saytı xəbər verir ki, ötən mövsüm “qırmızı-qara” formada çıxış edən Ruslan Abışov keçmiş komandası ilə anlaşıb. “Radarlar”ın sabiq kapitanı ilə mövsümün sonunadək müqavilə imzalanıb.
28 yaşlı müdafiəçi 2015-ci ilin yayında əyalət komandasından “Xəzər Lənkəran”a keçmişdi. Bunadək millimizin müdafiəçisi “Neftçi” (2006-2012), “Xəzər Lənkəran” (2012-2013), “Rubin” (Kazan, Rusiya) (2013-2015) və “Qəbələ”də (2014-2015) çıxış edib. Abışov Azərbaycan millisinin heyətində 45 oyun keçirib və 4 qol vurub.