- Baxış sayı: 23
- 08 Dekabr 2025 13:25
- Baxış sayı: 263
- Dekabr 05, 2025
- 0

Azərbaycan premyer liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.
Allsport.az xəbər verir ki, Fernan Lopes yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək. 26 yaşlı ispaniyalı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Fernan 2019/20 mövsümündə də “Qəbələ”nin heyətində çıxış edib. O, Qəbələ təmsilçisində keçirdiyi 22 oyunda 3 qol vurub.
“Selta” klubunun yetirməsi olan Lopes 2011-14-cü illərdə bu klubun B komandasında oynayıb. O, karyerası ərzində “Kompostela”, “Çoko”, “Ximnastika Seqoviana” və “Barakaldo” klublarının da formasını geyinib.
Fernan 2020/21 mövsümündə Polşa təmsilçisi “Yagelloniya”da çıxış edib. O, bu komandada 11 matçda şans qazanıb.