- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 122
- Fevral 06, 2026
- 0

“Qəbələ” Futbol Akademiyasının direktoru Stenli Brard “qırmızı-qaralar”dan ayrılacağını xəbər vermişdik. Allsport.az xəbər verir ki, bölgə klubu bu məlumatı rəsmən təsdiqləyib.
Klub saytının yaydığı məlumatda bunlar qeyd olunub: “2016-cı ilin əvvəlindən etibarən Yaponiyanın “Noqoya Qrampus” klubunda idman direktoru kimi fəaliyyətini davam etdirəcək Brardla “Qəbələ” arasındakı müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. Xatırladaq ki, Stenli Brard 2013-cü ilin aprel ayından “Qəbələ” Futbol Akademiyasına rəhbərlik edirdi.
“Qəbələ” İdman Klubu Stenli Brarda futbol akademiyasının inkişafında göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayır”.