- Baxış sayı: 18
- 06 Fevral 2026 20:25
- Baxış sayı: 223
- Fevral 04, 2026
- 0

“Qırmızı-qaralar” toplanışın 2-ci mərhələsini qardaş ölkədə gerçəkləşdirəcək. Allsprot.az saytı xəbər verir ki, komandamız Boluda məskunlaşacaq. Burada üç yoxlama görüşü təşkil olunacaq. Bunlar ayın 12-sində, 15-ində və 19-unda baş tutacaq.
İlk 2 qarşılaşmada komandamız Moldovanın “Sukleya” və Rusiyanın “Orenburq” klubları ilə üz-üzə gələcək. Sonuncu rəqib yaxın günlərdə dəqiqləşəcək. “Qəbələ” iyulun 20-də vətənə qayıdacaq və UEFA konfrans liqasının 2-ci təsnifat mərhələsinin “Omoniya” (Kipr) ilə görüşlərinin hazırlığını ölkəmizdə yekunlaşdıracaq.
“Qırmızı-qaralar” iyunun 24-də Qəbələdə bir araya gələrək hazırlığın ilk mərhələsini doğma stadionda gerçəkləşdirib.