- Baxış sayı: 162
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 162
- Dekabr 05, 2025
- 0

Mövsümün 2-ci yarısının hazırlığını davam etdirən “Qəbələ”, qış fasiləsində 2-ci transferi gerçəkləşdirib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycanın U-21 yığmasının üzvü Səməd Qaraqoçu heyətinə qatıb. Futbolçusu ilə 2022/23 mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Son klubu “Bayrampaşa” olan 20 yaşlı müdafiəçi, 2020-ci ilin yayında əsas komandaya cəlb olunub. O, sol cinah müdafiəçisi olsa da, arxa xəttin mərkəzində də çıxış edir. Səməd Azərbaycanın U-19 və U-21 yığmalarının formasını geyinib.
Xatırladaq ki, “Qəbələ” ona qədər Patrik Robson de Souza Monteyronu heyətinə qatıb.