- Baxış sayı: 41
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-u ilə səfər heç-heçəsi (0:0) sayəsində Avropa klublarının reytinq siyahısındakı mövqeyini yaxşılaşdırıb. Allsport.az xəbər verir ki, bölgə təmsilçisi 41 pillə irəliləməyə nail olub.
Hazırda bu komanda 5.225 xalla 252-ci pillədə qərarlaşıb.
Siyahıda Azərbaycanın ən yaxşı göstəriciyə malik komandası isə “Qarabağ”dır. Son ölkə çempionu hazırda 13.475 reytinq xalı ilə 128-cidir. Ağdamlıları 9.725 xala malik “Neftçi” izləyir – 164-cü pillə. 5.475 xalı olan “İnter” də hazırda “Qəbələ”dən öndədir – 246-cı yer.
“Xəzər Lənkəran” 4.475 xalla 281-ci, “Bakı” və AZAL isə 3.225 xalla 330-cu yerdə gedir.