- Baxış sayı: 150
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 150
- Dekabr 05, 2025
- 0
Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədə təlim-məşq toplanışı üçün Ukraynaya yollanan “Qəbələ” hazırlıqlara start verib. Allsport.az xəbər verir ki, sentyabrın 1-də 6 günlük hazırlıqlara başlayan “qırmızı-qaralar” Odessa toplanışı çərçivəsində ilk məşqinə çıxıb.
Səfərin ilk günündə 1 məşqlə kifayətlənən komandanın hazırlığında milli üzvləri iştirak etməyib. “Çerno More” otelinin idman zalında baş tutan hazırlıq fiziki çalışmalardan ibarət olub. Roman Qriqorçukun futbolçuları bu gün – toplanışın ikinci günündə də 1 məşqlə kifayətlənəcək.
Xatırladaq ki, “Qəbələ” hazırlığın son günü – sentyabrın 6-da “Çernomorets” stadionunda eyniadlı komanda ilə yoxlama oyunu keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.