- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Bu həftə Topaz premyer liqasında 2-ci dövrəyə start veriləcək. Allsport.az saytı xəbər verir ki, “Qəbələ” 8-ci turda “Neftçi”ni qəbul edəcək. “Qırmızı-qaralar” 47-ci dəfə paytaxt təmsilçisi ilə görüşəcək.
Əvvəlki 46 qarşılaşmada 16 qələbə qazanan “Qəbələ” 11 dəfə heç-heçə edib. Digər 19 görüşdə Bakı təmsilçisi qələbə qazanıb. Arxada qalan görüşlərdə rəqiblər eyni sayda – hərəyə 59 qol vurub.
“Qəbələ”nin öz meydanında keçirdiyi 22 görüşdə qonaqlar üstünlüyə malikdi. 7 qələbə və 5 heç-heçəsi olan qəbələlilər 10 dəfə məğlubiyyət alıb. Bu görüşlərdə “Qəbələ” futbolçuları 27 qol vurub, 30-nu buraxıb.
Komandalar arasında 46 görüşdən 41-i premyer liqa çərçivəsində baş tutub. Ölkə çempionatının 15 oyununda 3 xal qazanan “qırmızı-qaralar” 8 bərabərliklə kifayətlənib. 18 dəfə qalib gələn “Neftçi” top fərqində də öndədir – 53:52.