- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Avropa liqasının 2-ci təsnifatında Polşanın “Yagelloniya” klubuna rəqib olan “Qəbələ” iyulun 20-də keçiriləcək cavab oyununun hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, görüşə paytaxt Varşavada hazırlıq keçən “qırmızı-qaralar” iyulun 17-də növbəti məşqini gerçəkləşdirib.
Baş məşqçi Roman Qriqorçukun futbolçuları günün ikinci yarısında hazırlıq keçib. Məşq prosesi yerli “Drukarz” klubunun stadionunda baş tutub. “Qırmızı-qaralar” toplu və topsuz çalışmaları yerinə yetiriblər.
Xatırladaq ki, iyulun 16-dan Varşavada hazırlıq keçən “Qəbələ” bu gün də paytaxtda məşq edəcək. Komandamız sabah baş tutacaq oyunöncəsi son məşqi matçın keçiriləcəyi Belostok şəhər stadionunda gerçəkləşdirəcək.