“Qəbələ” yoxlama oyununda “Qarabağ”ı üstələdi

Avro-2016-nın seçmə mərhələ oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən klublarımız hazırlıqlarını davam etdirirlər. Allsport.az saytı xəbər verir ki, ölkəmizi Avropa Liqasında təmsil edən, Azərbaycan çempionatında ilk iki yeri turan “Qəbələ” və Ağdamın “Qarabağ” klubları yoxlama oyununda qarşılaşıblar. Qəbələ şəhər stadionunda təşkil edilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Roman Qriqorçukun komandasından qolları Aleksey Antonov və Fakunda Pereyra vurub. Ağdam təmsilçisinin heyətində isə Dani Kintana fərqlənib. Qeyd edək ki, “Qarabağ” Avroliqanın qrup mərhələsi çərçivəsində oktyabrın 22-də Fransada “Monako”nun qonağı olacaq. “Qəbələ” isə Almaniyanın “Borussiya” (Dortmund) kollektivini Bakıda qəbul edəcək.

 

Həmin kateqoriyadan