- Baxış sayı: 34
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 103
- Fevral 06, 2026
- 0

Avropa liqasının 3-cü təsnifat mərhələsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq “Qəbələ” ilk matçın hazırlığına başlayıb. Allsport.az saytı xəbər verir ki, bu ələmədə Polşanın “Yagelloniya” klubuna səfərdə 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” məşqlərinə Varşavada start verib.
İyulun 21-də Belostokdan paytaxta yollanan komandamız hazırlığını toplu və topsuz çalışmaları yerinə yetirib. “Qəbələ” növbəti məşqini də Varşavada gerçəkləşdirəcək. Əyalət klubu sabah Yunanıstana yollanacaq.
“Qırmızı-qaralar” iyulun 27-də baş tutacaq oyunun hazırlıqlarını Afinada davam etdirəcək. “Apostolos Nikolaidis” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.