- Baxış sayı: 23
- 26 Noyabr 2024 11:51
- Baxış sayı: 138
- Noyabr 25, 2024
- 0
2023-2024-cü illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə 2 yeni futbolçu qatıb. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” israilli legionçular Osama Xalayla və Gilad Abramovun keçidini gerçəkləşdirib.
Adı ilk çəkilən oyunçu ilə ilə 1+1, digəri ilə 2 illik müqavilə imzalanıb. Xalayla peşəkar karyerasına “Bney Saxnin”də başlayıb. 25 yaşlı hücumçu 2017-21-ci illərdə bu klubda çıxış etdikdən sonra Təl-Əviv “Makkabi”sinə keçib. O, ötən ilin yayında Bney Reyneh “Makkabi”sinə icarəyə verilib. İsrailin U-18, U-19 və U-21 yığmalarında oynamış Osama 2021-ci ildə əsas millidə debüt edib.
Abramov 2018/19 mövsümündən “Hapoel” (Hadera) klubunda forma geyinib. 23 yaşlı yarımmüdafiəçi bu komandada keçirdiyi son 5 mövsümdə 118 oyunda 5 qol vurub.