- Baxış sayı: 22
- 29 Mart 2026 14:51
- Baxış sayı: 27
- Mart 29, 2026
- 0

“Qəbələ” mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” Əhməd Ayzaya heyətinə qatıb.
28 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Nigeriyalı legionçu ötən mövsüm “Kəpəz”in formasını geyinib. Azərbaycan çempionatında “Zirə”də də çıxış etmiş yarımmüdafiəçi, premyer liqada keçirdiyi 42 matçda 5 qol vurub.
Əhməd karyerası ərzində Portuqaliyalının “Ribeyrao”, “Oliveyrense”, “Vilaverdense”, “Jil Visente”, “Varzim” və “Sportinq Kovilya” klublarında da oynayıb.